“El - Klassiko”nun qiymətlərində rekordlar:  Fərqli yerlərdən izləmək üçün nə qədər ödəməli 
20 oktyabr 2025 10:43 (UTC +04:00)

“El - Klassiko”nun qiymətlərində rekordlar: Fərqli yerlərdən izləmək üçün nə qədər ödəməli 

0

“Sanyaqo Bernabeu”da keçiriləcək “El-Klassiko”ya bir neçə həftə qalmış “Real” artıq bilet qiymətlərini açıqlayıb – və azarkeşlər qəzəbləniblər.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, ən ucuz bilet 135 avroya, daha yaxşı yer isə 465 avroya başa gələ bilər. VIP biletlərin qiyməti 990 avrodan başlayır - son illərin ən yüksək qiyməti.

Hətta “Real” üzvləri üçün 20 faiz endirimlə bilet ən azı 108 avroya başa gələcək - bu, futbolun dəqiqəsi üçün 1 avrodan çoxdur.

Müqayisə üçün qeyd edək ki, Çempionlar Liqasının “Yuventus”la oyununa ən ucuz biletlərin qiyməti 75 avroya başa gəlir – hətta o zaman da azarkeşlər onları “oğurluq” adlandırıblar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar