"İşə düzəldən" 10 nəfər dələduz çıxdı
Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Cəlilabad və Masallı rayon sakinlərinin müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən aparılmış araşdırmalarla müəyyən edilib ki, Bakı şəhər sakini Hüseynov İlkin Xıdır oğlu 10 nəfər rayon sakininə Dövlət Neft Şirkətində onları operator vəzifəsinə işə qəbul etdirəcəyi barədə yalan vəd verərək aldatma yolu ilə hər birindən 8 min manat məbləğində pul almaqla külli miqdarda özgə əmlakını ələ keçirərək dələduzluq edib.
Toplanmış material üzrə Hüseynov İlkin Xıdır oğlu barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Digər bir fakta görə müəyyən edilib ki, özünü vəkil kimi təqdim edən İbrahimova Rəna Böyükağa qızı Bakı şəhər sakininə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş oğlunu azadlığa buraxdıracağını vəd verərək 3 min ABŞ dolları məbdəğində pulunu dələduzluq yolu ilə ələ keçirib.
Fakta görə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanıb.

Oxşar yazılar

Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26
Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi
30 iyun 2025 , 19:07
Yeni həftə yalnız bu BÜRCLƏRƏ xoşbəxt bilet verəcək
30 iyun 2025 , 18:43
İyul ayında gözlənilən maqnit qasırğaları: təhlükəli TARİXLƏR
30 iyun 2025 , 17:38
Müəllimlərin işə qəbulunun ŞƏRTLƏRİ
30 iyun 2025 , 17:35
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
30 iyun 2025 , 17:23
Çuxura düşən Cümşüdün ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
30 iyun 2025 , 16:46