"Virtual məktəb" şagirdlərə bu imkanları da yaratdı
22 aprel 2020 14:55 (UTC +04:00)

"Virtual məktəb" şagirdlərə bu imkanları da yaratdı

Təhsil Nazirliyinin hazırlandığı elektron dərsliklər və əlavə video dərslər “Virtual məktəb” portalına inteqrasiya edilib.

Nazirlikdən Lent.az-a bildirilib ki, portalın funksionallığı genişləndirilərək qeyd olunan imkanlarla bərabər görüntülü və audio dərslərin keçirilməsi, teledərslərin izlənilməsi, tədris cədvəlinin tutulması, şagird və müəllim qruplarının təşkili, sənədlərin üzərində birgə iş, həftəlik tapşırıqların həll edilməsi, o cümlədən şagird və müəllimlər arasında yazışma imkanları təqdim edilib.

Elektron dərsliklərdən faydalanmaq üçün platforma istifadəçiləri “Teams” bölməsindən fənn kanalını seçməlidirlər. Mobil tətbiq istifadəçiləri əlavə olaraq More/Daha çox/Больше xidmətindən istifadə edə bilərlər.

Əlavə video dərsləri izləmək və yaxud test tapşırıqlarını yerinə yetirmək üçün isə “Teams > General” bölməsində müvafiq olaraq “Video resurslar” və ya “Testlər” altbölmələrinə daxil olmaq lazımdır. Mobil tətbiq istifadəçiləri də əlavə olaraq More/Daha çox/Больше xidmətindən istifadə edə bilərlər.

Qeyd edək ki, hazırda digər tədris məzmunlu resursların da portala inteqrasiyası üzərində işlər aparılır. Şagirdlər karantin müddətində bu resurslardan faydalanmaqla yanaşı, məktəblərdə tədris prosesi başladıqdan sonra da öz şəxsi səhifələrinə daxil olaraq, mövcud imkanlardan yararlana biləcəklər. Eyni zamanda portalda qeydiyyatdan keçmiş müəllimlər bu resursları sinif otağında dərslərində tətbiq edə biləcəklər.

Nəzərinizə çatdıraq ki, aprelin 2-dən Təhsil Nazirliyi "Virtual məktəb" layihəsinə start verib. Aprelin 21-dək ölkənin 65 şəhər və rayonundan 370 min şagird və 20 min müəllim "Virtual məktəb" portalında qeydiyyatdan keçib. Layihənin məqsədi Təhsil Nazirliyinin yayımladığı teledərslərin interaktivliyini təmin etmək və məsafədən tədris imkanlarını genişləndirməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3159
avatar

Aygün İbrahimli

Oxşar yazılar