“Torpağı əkmək üçün toxum almağa belə imkanları çatmır” – Kəndlinin çətin durumu
30 aprel 2020 13:43 (UTC +04:00)

“Torpağı əkmək üçün toxum almağa belə imkanları çatmır” – Kəndlinin çətin durumu

Yararsız torpaq, imkansızlıq və bir ailənin çətin durumu. Söhbət Kürdəmirin Atakişili kəndində yaşayan Qəhrəmanovlar ailəsindən gedir.

APA TV-nin yerli bürosunun məlumatına görə, 1958-ci il təvəllüdlü Yaşar Qəhrəmanov həyat yoldaşı Telli xanımla birgə uzun illərdir ki, bu bir otaqlı evdə çox çətin vəziyyətdə yaşayır: “Problemim çox pisdir, acınacaqlı vəziyyətdir, bir çəkmə evim var, dolanışığım da göz qabağındadır”.

Ailə bu vaxta qədər əkin-biçinlə məşğul olaraq dolanıb. Amma indi torpağı əkmək üçün toxum almağa belə imkanları çatmır: “Həyətdə göy-göyərti ilə məşğuluq. (00:34-54) 1997-ci ildə, kolxoz dağılandan sonra işləməmişəm. Dövlətdən köməklik istəyirəm, bizə köməklik eləsin”.

Telli Qəhrəmanovanın dediyinə görə, evdəki elektrik cihazlarını və digər əşyaları yaxın qonşuları onlara pay verib. Kəndə təbii qaz çəkiləndə, imkansızlıq ucbatından onların evi bu şansdan da məhrum qalıb. Xüsusi karantin rejimində imkansız ailələrə ayrılan 190 manat birdəfəlik yardımı isə torpaqları olduğu üçün ala bilmirlər: “Müraciət eləmişik, bizə də deyirlər, düşmür. Guya torpağımız var. Biz nə ilə dolanaq? Xahiş edirəm,  bizə kömək eləmənizi istəyirəm. (00:37-58) İndiyə kimi elə, xəstəxanalarda qalmışam. Qazancım yox, qıçım qırılıb, qalmışam xəstəxanalarda, heç nəyim yox, heç nə gətirənim yox, kömək eləyənim yox, uşağım yox, mənə kim kömək edəcək? Hamamım yox, ayaqyolum yox, heç nə şəraitim yox, sizdən mənə kömək eləməyinizi istəyirəm”

İndi Qəhrəmanovların ümidi yalnız xeyirxah insanlara qalıb. Ümid edirik, mövcud karantin müddətində, şəraitsizlikdən əziyyət çəkən bu ailə gözlədiyi yardımı ancaq qonşularından almayacaq...

 

Zahid Abışov

Devran Əsgərov

APA TV

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1667
avatar

Oxşar yazılar