"Mayın 5-də dərslərə başlamaq doğru deyil" - Keçmiş deputat
23 aprel 2020 17:06 (UTC +04:00)

"Mayın 5-də dərslərə başlamaq doğru deyil" - Keçmiş deputat

Ölkədə koroanvirusla mübarizə tədbirlərinin davam etdirilməsinə və yoluxma sayının azaldılması üçün tədrisin mayın 5-də başladılmasına qərar verildi. Bu qərar ətrafında müxtəlif müzakirələr aparılıb.

Keçmiş deputat, “İrəli” İctimai Birliyinin həmtəsisçisi Ceyhun Osmanlı isə mayın əvvəlində dərslərə start verməyin məqsədəuyğun olmadığını bildirib. Lent.az xəbər verir ki, Ceyhun Osmanlı bu fikirlərinə belə aydınlıq gətirib:

“Əvvəla, 2 aydır dərs yoxdur və dərsin bitməsinə 1 ay qalmış, yəni may-iyun arası dərs keçmək xətrinə şagird və tələbələrin sağlamlığını risk altına qoymaq olmaz. Bütün məktəblilər və tələbələrin internetə çıxışı 100 faiz təmin olunmayıb. Xüsusilə də son günlərdə internetdə qüsurların olması dərs proqramlarının virtual şəkildə arzu olunan kimi mənimsənilməsinə şərait yaratmayıb. Belə olan halda qiymətlərin 1-ci yarımilə uyğun verilməsi məqsədə uyğun olardı.

Həmçinin tədqiqatlar göstərir ki, isti havada virusun öləcəyi ilə bağlı dəqiq məlumat yoxdur. Belə olan halda əhalinin kütləvi hərəkəti pandemiyanın kütləvi yayılması riskini yaradır. Məncə, ilkin mərhələdə əmək qabiliyyətli insanların iş yerlərinə gedib-gəlməsinə şərait yaratmaq olar, payızda isə uşaqlar və yaşlıların hərəkəti 100 faiz bərpa ola bilər. Arzuolunan bir mənzərə olmasa da reallıq budur”.

Qeyd edək ki, Azərbaycanda tədris prosesi mart ayının 3-dən koronavirus pandemiyası səbəbilə dayandırılıb. İlkin qərarda təhsil ocaqlarının aprelin 20-də fəaliyyətə başlayacağı deyilsə də, bu proses mayın 5-dək uzadıldı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4063
avatar

Oxşar yazılar