"Laboratoriya testləri üçün yeni avadanlıqlar gətiriləcək" - TƏBİB
30 iyun 2020 18:32 (UTC +04:00)

"Laboratoriya testləri üçün yeni avadanlıqlar gətiriləcək" - TƏBİB

“Klinik simptomları olan, yoluxanlarla təmasda olanları və xaricdən gələnləri test edirik. 23 laboratoriya bu testləri aparır”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

 Y. Qarayeva deyib ki, yaxın günlərdə laborator testlərin aparılması üçün ölkəyə yeni avadanlıqların gəlməsi gözlənilir: “Testlərin cavabının gecikməsi yox, yoluxanların sayının və onların təmasda olduğu şəxslərin artması ilə bağlı test sayının artması müşahidə olunur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2281
avatar

Oxşar yazılar