"Bu, gözlənilən və proqnozlaşdırılan bir artım idi” - TƏBİB
16 oktyabr 2020 12:15 (UTC +04:00)

"Bu, gözlənilən və proqnozlaşdırılan bir artım idi” - TƏBİB

"Yoluxmalarla əlaqəli dalğa termini mediada çox istifadə olunur”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib. Şöbə müdiri qeyd edib ki, epidemioloji olaraq dalğa terminindən istifadə etməməyə çalışılır: "Bilirsiz ki, sentyabrı nisbi olaraq rahat keçirtmişdik. Bizim yoluxma sayımız 100-ün ətrafında olub. Artıq yoluxma sayının artmasını deyə bilərik. Payız-qış mövsümünün gəlməsi, havaların soyuması ilə əlaqədar ümumiyyətlə hər zaman respirator virus infeksiyasiyalarına yoluxma saylarında artma müşahidə olunur. Bu, əslində gözlənilən və proqnozlaşdırılan bir artış idi”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 676
avatar

Oxşar yazılar