“İranla Ermənistan arasından arasında olan isti münasibətlərin mənasını anlaya bilmirik. Lent.az-ın məlumatına görə, bunu Milli Məclisin 1-ci vitse-spikeri Ziyafət Əsgərov deyib. Onun sözlərinə görə, İranda 40 milyona yaxın azərbaycanlı yaşayır: "Bir şiə dövlətinin Ermənistanla isti münasibəti anlaşılmır. Biz dəfələrlə bu məsələni iranlı həmkarlarımızın qarşısında qaldırmışıq. İran tərəfi isə bildirir ki, bu rəsmi Tehranın daxili işidir. Heç kəs bizim daxili siyasətimizə qarışa bilməz. Biz də onların daxili işlərinə qarışmırıq".
Z.Əsgərov Azərbaycanın İsraillə olan xoş münasibətlərinə də toxunub: “Bu da Azərbaycanın müstəqil siyasətidir. Heç kim buna qarışa bilməz”.