Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Xorvatiya rəsmi səfəri başlayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən məlumatına görə, Z.Həsənovun Xorvatiyanın müdafiə naziri Ante Kotromanoviç tərəfindən qarşılanma mərasimi keçirilib.
Protokola uyğun olaraq müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Hər iki ölkənin dövlət himnləri səsləndikdən sonra nazirlərin görüşü keçirilib.
Görüşdə hərbi, hərbi texniki, hərbi təhsil sahələrində və ikitərəfli əməkdaşlığın perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi məsələləri müzakirə edilib.