Avropa Şurasının baş katibi Torbyorn Yaqlanddan Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, Yaqland Bakı şəhərinin Xətai rayonundakı Respublika Narkoloji Mərkəzində insanların ölümü ilə nəticələnmiş yanğın haqqında faciəli xəbərdən kədərləndiyini bildirib. O, Avropa Şurası adından və şəxsən öz adımdan həlak olanların ailələrinə, Azərbaycan rəhbərliyinə və Azərbaycan xalqına başsağlığı verib.