Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri, keçmiş deputat Fikrət İsmayılov dünyasını dəyişib.
YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev APA-ya açıqlamasında bildirib ki, 81 yaşlı F.İsmayılov bu gün səhər saatlarında vəfat edib.
F.İsmayılov 1935-ci ildə Naxçıvanda anadan olub. 1995-2000-ci illərdə Milli Məclisin üzvü olub. 1993-cü ildən isə YAP Yasamal rayon təşkilatının sədri idi.