Azərbaycan və Xorvatiya dövlət başçılarının geniş tərkibdə görüşü baş tutub.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, oktyabrın 24-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə geniş tərkibdə görüşü olub.
***
10:40
Azərbaycana rəsmi səfərə gələn Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin oktyabrın 24-də rəsmi qarşılanma mərasimi olub.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, qarşılanma mərasimində hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Xorvatiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşılayıb.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Kolinda Qrabar-Kitaroviçə, Xorvatiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim edilib.
Hər iki dövlət başçısı rəsmi foto çəkdiriblər.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə təkbətək görüşü olub.