XİN Ermənistanın ittihamlarına reaksiya verdi
12 mart 2018 16:03 (UTC +04:00)

XİN Ermənistanın ittihamlarına reaksiya verdi

Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinin Helsinki Yekun Sənədi və Etimad quruculuğu tədbirlərinə dair Vyana Sənədi ilə bağlı bəyanatına münasibət bildirib.

 

Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Ermənistan BMT Nizamnaməsi, Helsinki Yekun aktı və digər ATƏT sənədləri çərçivəsində üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal edib: “Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunu davam etdirilməsi regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalmaqda davam edir.

 

Vyana sənədi çərçivəsində üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirdiyi canlı qüvvə, hərbi texnikanın sayı və dislokasiya yerləri, həmçinin Ermənistan prezidentinin iştirakı ilə işğal olunmuş ərazilərdə keçirdiyi hərbi təlimlər barədə heç bir məlumat vermir. Bu qüvvələri Vyana sənədi üzrə müvafiq inspeksiyalardan gizlədilir.

 

2014-cü ilin noyabrında dövlət başçılarının Paris görüşündən sonra Ermənistanın 40.000-dən artıq şəxsi heyətin, minlərlə hərbi texnikanın iştirakı ilə Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlim keçirməsi, Ermənistan silahlı qüvvələrinə məxsus döyüş helikopterlərinin Azərbaycan silahlı qüvvələrinin mövqeləri üzərində hücum manevrləri etməsi Ermənistanın riyakarlığının və öz öhdəliklərini kobud şəkildə pozmasının növbəti açıq nümunəsidir.

 

Hal-hazırda Azərbaycan silahlı qüvvələri tərəfindən Azərbaycanın suveren ərazilərində həyata keçirilən təlim ATƏT-in Vyana 2011 sənədinin V fəslinin müddəalarına uyğundur”.      

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 378
avatar

Oxşar yazılar