Venesuela prezidenti Nikolas Maduro Azərbaycana səfər edəcək.
APA-nın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, o Azərbaycanla yanaşı, Səudiyyə Ərəbistanı, İran və Qətərdə də olacaq.
Dünəndən başlayan dörd günlük turnenin məqsədi neft ixracını azaltmaqla bağlı danışıqlar aparmaqdır.
Xəbərdə N. Maduronun Azərbaycana səfərinin tarixi qeyd olunmayıb.