Uorlik:[b] "Danışıqların məhsuldar olacağını gözləyirik"[/b]
24 sentyabr 2015 10:35 (UTC +04:00)

Uorlik:[b] "Danışıqların məhsuldar olacağını gözləyirik"[/b]

0

Bu gün Nyu-Yorkda ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə görüşü olacaq.

 

APA-nın məlumatına görə, bunu Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün "Twitter" səhifəsində yazıb. "Biz məhsuldar danışıqların olacağını gözləyirik" - deyə, o qeyd edib. 

 

Xatırladaq ki, həmsədrlər əvvəlcə hər iki ölkənin xarici işlər nazirləri ilə ayrılıqda, daha sonra isə birlikdə görüşəcəklər. 


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 23-də Nyu-Yorka yola düşüb. O, həmçinin BMT Baş Assambleyasının sessiyasında iştirak edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 353

Oxşar yazılar