Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet prezident İlham Əliyevə 28 may - Respublika Günü münasibətilə təbrik məktubu göndərib.
Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, təbrik məktubunda deyilir:
"Hörmətli cənab Prezident,
Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi salamlarımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Sizə və Azərbaycan xalqına xoşbəxtlik, firavanlıq arzu edirəm".