Azərbaycanın Ukraynadakı səfiri, habelə Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM yanında daimi nümayəndəsi Eynulla Mədətli geri çağırılıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, prezident İlham Əliyev bu gün bununla bağlı sərəncam imzalayıb.