Türkiyənin baş naziri prezident İlham Əliyevi təbrik edib
25 may 2015 18:52 (UTC +04:00)

Türkiyənin baş naziri prezident İlham Əliyevi təbrik edib

Türkiyənin Baş naziri Əhməd Davudoğlu prezident İlham Əliyevə 28 May - Respublika günü münasibətilə təbrik məktubu göndərib.

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə təbrikdə deyilir:

Hörmətli cənab prezident, əziz qardaşım,

Qardaş Azərbaycanın milli bayramı – 28 May Respublika Günü münasibətilə Zati-alinizi Hökumətim adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Uzaqgörən və qətiyyətli rəhbərliyiniz altında dost və qardaş Azərbaycanın gələcəyə inamla baxan güclü və rifah içində olan ölkəyə çevrildiyini müşahidə edir, artan iqtisadi və siyasi gücü ilə Qafqazın parlaq ulduzu olmasından böyük məmnunluq duyuruq.

Ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin günbəgün gücləndiyinə qürur hissi ilə şahid oluruq. Strateji müttəfiqlik çərçivəsində inkişaf edən əməkdaşlığımız bizi bir-birinə bağlayan qardaşlıq tellərini möhkəmləndirir, ikitərəfli əlaqələrimizlə yanaşı, bölgədə rifah və stabilliyə də töhfəsini verir.

Fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı, xoşbəxtlik, uzun ömür, dost və qardaş Azərbaycan xalqına isə daha firavan həyat arzu edirəm".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 181
avatar

Oxşar yazılar