Türkiyənin Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub
27 dekabr 2012 13:10 (UTC +04:00)

Türkiyənin Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub

0

Bu gün Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun Bakı Ali Neft Məktəbində olub. Bu barədə Lent.az-a məktəbin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qonağı qəbul edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin son illər keçdiyi inkişaf yolundan danışıb, şirkətin Azərbaycanda və ölkədən kənarda həyata keçirdiyi layihələr barədə ətraflı söz açıb. Bakı Ali Neft Məktəbi haqqında qonağa məlumat verən E. Qasımov bildirib ki, ən müasir standartlara uyğun tədris prosesinin qurulacağı ali məktəb ilə Böyük Britaniyanın Heriot Vatt Universiteti arasında sıx tərəfdaşlıq münasibətləri qurulub ki, bunun nəticəsi olaraq BANM məzunlarına iki diplomun verilməsi nəzərdə tutulub. Bakı Ali Neft Məktəbinə ən yüksək göstəricilərə malik tələbələrin qəbul olunduğunu deyən rektor hazırda yüksək səviyyədə təchiz olunmuş binada fəaliyyət göstərən BANM üçün yaxın gələcəkdə ən müasir tələblərə cavab verən kampusun salınacağını söyləyib.

 

Səfir İsmail Alper Coşkun bildirib ki, Azərbaycan və Türkiyə qardaş və dost dövlətlər olmaqla yanaşı eyni zamanda  bütün sahələrdə ən yaxın müttəfiq dövlətlərdir. O vurğulamışdır ki, hər iki dövlət  ölkələrimizlə bağlı məsələlərin həllində bərabər addım atır və  hər hansı bir yaranmış maneənin aradan qaldırılması üçün bir-birimizə dəstək oluruq. Bütün sahələrdə  günü-gündən inkişaf edən Azərbaycanda beynəlxalq  standartlara  cavab verən belə bir ali məktəbin yaradılmasının sevindirici hal olduğunu qeyd edərək, BAM ilə  müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq etməyə və Türkiyə Respublikasının müxtəlif texniki ali məktəbləri ilə  əlaqələr qurulması üçün  dəstək verməyə hazır olduğunu bildirib.

Görüşün sonunda Səfir İsmail Alper Coşkuna Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” diplomu verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1155

Oxşar yazılar