"Türkiyədə tarixində önəmli bir gün yaşayırıq. Çünki bu gün Türkiyə xalqı ilk dəfə olaraq növbəti prezidentlərini fərdi səsvermə yolu ilə seçir. Eyni zamanda ilk dəfə olaraq xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları da ilk dəfə olaraq səfirliyə gəlib səs verəcəklər”.
Səfirlikdə 8 səsvermə qutusu qoyulub, səsvermədə Azərbaycanda yaşayan 15 536 Türkiyə vətəndaşından 6305 nəfəri iştirak edəcək. Onlardan 5611 nəfəri Bakıda, 291-i Naxçıvanda, 403 nəfəri Gəncədə səs verəcək.
Səsvermənin nəticələrindən gözləntilərə gəlincə ...
"Hər şeydən əvvəl bu seçkilərin yüksək standartlara uyğun başa çatmasını gözləyirik. Bundan sonra isə ölkəmiz üçün, qardaş Azərbaycanla olan tarixi və əbədi dostluğumuz üçün xeyirli və uğurlu bir gələcəyin qurulmasını gözləyirik. Hər seçki bir imtahan deməkdir. Önəmli olan bu imtahandan uğurlu çıxmaqdır. Yeni açılacaq bu səhifənin həm Türkiyə , həm Azərbaycan üçün daha uğurlu olacağına əminəm. Millətimiz və dövlətimiz üçün xeyirli olmasını diləyirəm”.
Diplomatın sözlərinə görə, bu gün Türkiyənin Albaniya, Azərbaycan, Bəhreyn, Bosniya və Herseqovina, Çexiya, Finlandiya, Gürcüstan, İran, İrlandiya, İspaniya, Küveyt, Misir, Özbəkistan, Polşa, Sudan, Tunis, Ukrayna, Oman, İordaniya, Yeni Zelandiyakı səfirliklərində səsvermə prosesi keçirilir.
Azərbaycanda keçirilən səsvermədə isə yüksək seçici fəallığı müşahidə olunub.