Türkiyə prezidenti Azərbaycan xalqına başsağlığı verdi
25 fevral 2015 21:13 (UTC +04:00)

Türkiyə prezidenti Azərbaycan xalqına başsağlığı verdi

Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

 

Lent.az-ın məlumatına görə,  prezident Rəcəb Tayyib Ərdoğan hələ də Ermənistanın işğalı altında qalan Dağlıq Qarabağın bir hissəsi olan Xocalıda 613 azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyini söyləyib.

 

Türkiyə Prezidenti vurğulayıb ki, 1992-ci ildə qətliama məruz qalan azərbaycanlılar yandırılaraq, gözləri çıxarılaraq, başları kəsilərək öldürülüblər. “Şəhidlərimizin əziz xatirəsini yad edir, Allahdan onlara rəhmət diləyir, prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqına başsağlığı veririk”, - deyə prezident Rəcəb Tayyib Ərdoğan bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 106
avatar

Oxşar yazılar