Türkiyə Respublikası Hərbi Hava Qüvvələri Komandanı, ordu generalı Akın Öztürk sabah Azərbaycan Respublikasına rəsmi səfərə gələcək.
APA-nın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində bir sıra görüşləri planlaşdırılır.
Səfər martın 6-dək davam edəcək.