Şura 2015-ci il birinci maliyyə müsabiqəsinə yekun vurub
13 mart 2015 14:00 (UTC +04:00)

Şura 2015-ci il birinci maliyyə müsabiqəsinə yekun vurub

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şuradan Lent.az-a verilən məlumata görə, iclasda çıxış edən Şura sədri, millət vəkili  Azay Quliyev 2015-ci il birinci maliyyə yardımı müsabiqəsinin yekunları ilə bağlı fikirlərini açıqlayıb.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2015-ci il birinci maliyyə müsabiqəsinin 11 dekabr 2014-cü ildə elan olunduğunu və 15 yanvar 2015-ci ilədək QHT-lərin ərizələrinin qəbul edildiyini bildirib. Qeyd olunan dövrdə Şuranın elektron məlumat bazasına 584 layihə təklifi daxil olub ki, bunların 75-i müsabiqənin qayda və şərtlərinə cavab vermədiyi üçün texniki seleksiyadan keçməyib. 509 QHT-nin layihəsi isə ekspertizaya göndərilib. Seleksiyadan keçməyən QHT-lərə elektron bildiriş göndərilib və layihənin qeydə alınmamasının səbəbi göstərilib.

  Şura üzvləri İlqar Məmmədov, Sahib Məmmədov, Əliməmməd Nuriyev, Vüqar Qədirov, Rəna Mirzəzadə və Gülnarə Hüseynova iclasda çıxış edərək gündəlikdə dayanan məsələlərlə bağlı təklif və rəylərini bildiriblər.

Şura geniş müzakirələrdən sonra büdcə komissiyasının təqdimatlarını, ekspert qiymətləndirməsini və təşkilatlar haqqında Katibliyin arayışlarını nəzərə alaraq, 387 QHT layihəsinin maliyyələşdirilməsi haqda yekun qərar qəbul edib.

Müsabiqə qaliblərinin siyahısı Şuranın  www.cssn.gov.az  və www.qhtxeber.az  saytlarında yerləşdiriləcək.

İclasda  Sahib Məmmədovun sədrliyi ilə apelyasiya komissiyasının yeni tərkibi müəyyən edilib. Apelyasiya komissiyasında ərizələr martın 19-da, saat 18:00-dək qəbul ediləcək.

A. Quliyev iclasda Şuranın 2013-cü ildən başladığı “Şuşaya Azadlıq” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən işlər haqqında ətraflı məlumat verib. Şura sədri beynəlxalq kampaniyanın loqosunun hazırlanması məqsədi ilə müsabiqə elan edilməsi haqqında təklifini səsləndirib. Müzakirələrdən sonra loqo müsabiqəsinin Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı vasitəsi ilə elan edilməsi və müvafiq maliyyə vəsaitinin ayrılması qərara alınıb.

Sonda cari məsələlər müzakirə olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 188
avatar

Oxşar yazılar