Söyün Sadıqov “AzərRos”dan getdi
18 dekabr 2012 17:44 (UTC +04:00)

Söyün Sadıqov “AzərRos”dan getdi

0

Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyəti “AzərRos”un prezidenti Söyün Sadıqov qurumun rəhbəri vəzifəsindən getmək barədə ərizə yazıb.  Bu barədə APA-nın Moskva müxbirinə S.Sadıqov özü bildirib.

 

S. Sadıqov prezident vəzifəsindən getməsi barədə qərarın “AzərRos”un Rəyasət Heyəti tərəfindən verəcəyini qeyd edib: “Qurumun Rəyasət Heyətinin iclası dekabrın 25-26-da keçiriləcək və mənim prezident vəzifəsindən getmək barədə ərizəmə baxılacaq. Ərizəm qəbul olunacağı təqdirdə, təşkilatı növbəti qurultaya qədər vitse-prezidentlərdən biri idarə edəcək”.

 

S. Sadıqov “AzərRos”un növbəti qurultayının 2013-cü ilin oktyabrında keçiriləcəyini söyləyib: “Mənə Rusiya Milli Birlik Partiyasının qurultayını keçirmək və bu partiyaya rəhbərlik etmək təklif olunub. Hazırda bu istiqamətdə fəaliyyət göstərirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2984

Oxşar yazılar