Söyün Sadıqov “AzerRos”dan gedir
14 dekabr 2012 16:27 (UTC +04:00)

Söyün Sadıqov “AzerRos”dan gedir

0

“Rusiya prezidentinin seçkiqabağı kampaniyasında, milli və iqtisadi blokunda iştirak etmək tapşırığı almışam. Bundan başqa, mənə Rusiya Milli Birlik Partiyasının qurultayını keçirmək və bu partiyaya rəhbərlik etmək təklif olunub”.


 

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos” FMMM) prezidenti Söyün Sadıqov bildirib.

 

O bildirib ki, bu səbəbdən də “AzerRos”a çox vaxt ayıra bilməyəcək: “Ona görə də bu təşkilatdan getməyimlə bağlı qərar vermişəm”.

 

S. Sadıqov bildirib ki, Rusiya prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndələri ilə görüşündə iştirak etməməsi barədə yazılanlar həqiqəti əks etdirmir: “Vladimir Putinin səlahiyyətli nümayəndələri ilə görüşdə iştirak etmişəm. Hətta televiziya kanalları da məni göstərib. Rusiyanın xalq artisti Nadejda Babkina ilə yan-yana oturmuşduq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1062

Oxşar yazılar