Soyqırım qurbanları Cənubi Afrikada anıldı
30 mart 2015 21:53 (UTC +04:00)

Soyqırım qurbanları Cənubi Afrikada anıldı

Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyi martın 30-da Xocalı soyqırımının 23-cü ildönümü və 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Heydər Əliyev Fondunun təqdim etdiyi fotoşəkillərdən və kitablardan ibarət sərgi təşkil edib.

 

Heydər Əliyev Fondundan APA-ya verilən xəbərə görə, səfirliyin binasında təşkil edilmiş sərgidə mart hadisələri, Xocalı faciəsinin tarixi və ağır nəticələri haqda məlumat verilib. Qonaqlara Xocalı soyqırımı və 31 mart hadisələri barədə məlumatların əks olunduğu broşürlər paylanıb.

 

Tədbirdə çıxış edən səfir Elxan Poluxov hər iki soyqırımı barədə qonaqlara məlumat verib, Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmadığını bildirib. O, münaqişənin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyini diqqətə çatdırıb. Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycan həqiqətlərinin dünyaya yayılması istiqamətində gördüyü işlər barədə söhbət açıb. Məhz bu səylərin nəticəsində Xocalı soyqırımının bir çox ölkələr tərəfindən tanındığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

 

Səfir vurğulayıb ki, beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzünə qarşı qəti mövqedə dayanmalıdır.

 

Tədbirdə rəsmi şəxslər, iş adamları, diplomatlar, həmyerlilərimiz və KİV nümayəndələri iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 224
avatar

Oxşar yazılar