Şeyx: “Erməni katolikosu da Bakıya gəlib…”
19 dekabr 2012 11:49 (UTC +04:00)

Şeyx: “Erməni katolikosu da Bakıya gəlib…”

0

“Sovet dövründə Azərbaycanda 18 məscid olubsa, müstəqillik illərində məscidlərin sayı 2 minə çatıb”. Lent.az-ın verdiyi məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu və bir sıra beynəlxalq qurumların təşəbbüsü ilə keçirilən “Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə söyləyib.

 

QMİ sədri bildirib ki, Bakıda xristianlar üçün kilsələr, o cümlədən azsaylı katolik icması üçün kilsə tikilib. Onun sözlərinə görə, bu tolerantlığın nəticəsidir ki, erməni katolikosu da Bakıya gəlib, burada  keçirilən tədbirlərə qatılıb. Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib ki, Azərbaycanda bütün dinlərin nümayəndələri tolerantlıq mühitində yaşayır və bu nümunənin dünyanın bir çox ölkələrində öyrənilməsinə ehtiyac var: “Ərazimin 20 faizi işğal olunub, 1 milyon qaçqın və məcburi köçkünümüz var. Biz münaqişənin sülh yolu ilə həll edilməsinə çalışırıq. Lakin Xocalı soyqırımına laqeyd qalan Fridom Haus və digər qərb təşkilatlarının Azərbaycana qarşı qərəzli münasibəti başa düşülməzdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1069

Oxşar yazılar