“AŞ PA-nın yanvar sessiyasında Ermənistan Dağlıq Qarabağ məsələsini gündəliyə salmağa cəhd edə bilər”.
Lent.az-ın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib.
O bildirib ki, yanvar sessiyasında Avropa Şurasının məruzəçilərinin Azərbaycanla bağlı məruzəsi müzakirəyə çıxarılacaq: “O məruzə bizə məlumdur. Ancaq Ermənistanın öz tərəfindən Dağlıq Qarabağ məsələsini müzakirəyə çıxaracağını gözləyirəm”.