Səfir Elman Abdullayev Efiopiya parlamentinin spikeri ilə görüşdü
04 aprel 2015 00:34 (UTC +04:00)

Səfir Elman Abdullayev Efiopiya parlamentinin spikeri ilə görüşdü

Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev Efiopiya parlamentinin spikeri Abadulla Gemeda ilə görüş keçirib.

 

Səfirlikdən Lent.az-a verilən xəbərə görə, görüş əsnasında Azərbaycanla Efiopiya arasında parlamentlərarası əlaqələrin gücləndirilməsinin vacibliyi vurğulanıb və bunun üçün geniş potensialın movcud olduğu qeyd olunub.

 

Parlament sədri Efiopiyanın Azərbaycanla parlamentlərarası əlaqələri inkişaf etdirməkdə çox maraqlı olduğunu, qarşılıqlı şəkildə parlamentlərarası dostluq qruplarının yaradılması və qarşılıqlı səfərlərin təşkilinə dair Efiopiya tərəfinin hazır olduğunu bildirib. 

 

Elman Abdullayev Azərbaycanın böyük iqtisadi uğurlara imza atdığını, ölkəmizin beynəlxalq arenada nüfuzunun artması nəticəsində beynəlxalq təşkilatlarda mühüm yer tutduğunu, hər il müxtəlif mötəbər tədbirlərə ev sahibliyi etdiyini və bu ildə ilk Avropa Oyunlarının Azərbaycanda keçiriləcəyini qeyd edib. Ölkəmizin diplomatiyasının coğrafiyasının genişləndiyi və xarici siyasətimizdə Afrika ölkələri ilə əməkdaşlığa mühüm əhəmiyyət verildiyi vurğulanıb.

 

Görüş zamanı Azərbaycanla Efiopiya arasındakı münasibətlərin güclü bazası olduğu və 500-ə yaxın efiopiyalının Azərbaycan universitetlərindən məzun olduğu qeyd edilib.

 

2013-cü ildə ölkəmizdə səfərdə olduğunu və Azərbaycanın sürətli və hərtərəfli inkişafının ona olduqca yüksək təəssürat bəxş etdiyini qeyd edən Efiopiya parlamentinin sədri Abadulla Gemeda ölkəmizin nailiyyətlərini yüksək qiymətləndirib. Efiopiya parlamentinin sədri böyük iqtisadi gücə və potensiala malik olan Azərbaycanın işgüzar dairələrini Efiopiyada mövcud olan investisiya layihələrində iştirak etməyə dəvət etdi və iki dövlət arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi vacibliyini ifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 255
avatar

Oxşar yazılar