Dekabrın 17-də müdafiə naziri general-polkovnik Səfər Əbiyev Bolqarıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Maya Xristovanı qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı ölkələrarası hərbi-texniki əməkdaşlığın inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb.