Ermənistan prezidenti Armen Sarkisyan Dağlıq Qarabağa səfər edib.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Armen Sarkisyanın mətbuat xidməti məlumat yayıb.
Səfərin Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanın dəvəti ilə baş tutduğu bildirilir.