Azərbaycan prezidenti İlham Əliyev Salxab Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, Salxab İsa oğlu Məmmədov Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə bu mükafata layiq görülüb.