Rusiyalılar bu il Dağlıq Qarabağ münaqişəsi barədə daha çox maraqlanıb
08 dekabr 2016 10:13 (UTC +04:00)

Rusiyalılar bu il Dağlıq Qarabağ münaqişəsi barədə daha çox maraqlanıb

0

 

Dağlıq Qarabağ münaqişəsi 2016-cı ildə rusiyalıların diqqətini ən çox cəlb edən hadisələr sırasında yer alıb.

 

"Yandex" axtarış saytı 2016-cı ildə rusiyalıların ən çox diqqətini cəlb edən hadisələri və şəxsləri müəyyənləşdirib.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu, “Yandex”in 2016-cı ildə rusiyalıların ən çox diqqətini cəlb edən hadisələri və şəxsləri müəyyənləşdirmək üçün axtarış sorğularını analiz etməsi nəticəsində məlum olub.

 

Beləliklə, “Yandex” istifadəçiləri 2016-cı ildə daha çox Rusiya və ABŞ-da keçirilən seçkilər, "donuz qripi" və "Zika" virusu, dopinq qalmaqalı, Moskvada dayənin uşağı öldürməsi, Rostovda təyyarə qəzası, o cümlədən Dalıq Qarabağ münaqişəsi, “Yarov paketi” qanunları, Cok Stercesin çılpaq insan fotoşəkillərindən ibarət “Həyəcansız” sərgisi barədə məlumatları axtarıblar.

 

Qeyd edək ki, bu il aprelin əvvəllərində Dağlıq Qarabağ cəbhəsində Azərbaycan və Ermənistan qoşunları arasında toqquşmalar baş verib, Azərbaycan Ordusu bir neçə əlverişli mövqeni geri qaytarıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 351

Oxşar yazılar