Rusiyalı deputat: "Ermənilər böhtan atır”
01 aprel 2015 02:03 (UTC +04:00)

Rusiyalı deputat: "Ermənilər böhtan atır”

Leonid Slutski Azərbaycanın Rusiyadakı səfirliyində mətbuat konfransı keçirib

 

"Mən Azərbaycan xalqının dostu olmuşam, indi də dostuyam, bundan sonra da dostu olacağam". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutski bu gün Azərbaycanın Rusiyadakı səfirliyində keçirdiyi mətbuat konfransında bildirib.

O bildirib ki, Dumanın MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə Komitəsi bütün heyətdə 28-29 mart tarixlərində İrəvanda səfərdə olub: "Bu səfər Dövlət Dumasının sədri Sergey Narışkinin İrəvana səfəri öncəsi baş tutmuşdu. Ermənistanın Milli Məclisi ilə Dövlət Dumasının birgə komissiyasının iclası keçirildi. İclasın gündəliyində duran məsələlər Avrasiya iqtisadi inteqrasiyası və Ermənistanın Avrasiya İqtisadi Birliyinin işinə qoşulması, miqrasiya siyasəti və erməni soyqırımının 100 illiyinə hazırlıq tədbirləri idi. Bizim birgə iclasdan sonra, mənə məlum oldu ki, erməni mətbuatında mənim adımdan bir sıra anti-Azərbaycan yönümlü məlumatlar yayılıb. Güya ki, mən Azərbaycanda həyatı vacib məsələləri müzakirə etmişəm, Ermənistana qarşı Azərbaycanın sürətlə silahlanmasına etiraz etmişəm. Mənim adımdan Ramil Səfərovun ünvanına, rəsmi Bakı və Ankaranın siyasəti əleyhinə fikirlər yazılıb. Bunlar tamamilə böhtandır”.

 

Deputat deyib ki, o, Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzv olmasını alqışlayır: “Lakin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, o cümlədən  ümumiyyətlə, Cənubi Qafqazdakı vəziyyətlə əlaqədar demək istəyirəm ki, bu çox incə və həssas problemdir. Mən həmişə Azərbaycanın dostu olmuşam, belə də qalacağam. Məni bir çox Azərbaycan siyasətçiləri, mədəniyyət və ictimai xadimləri ilə dostluq birləşdirir. Fəxr edirəm ki, onlarla dostam. Deməliyəm ki, belə təhrif və açıq fantaziyalar mənim Azərbaycandakı imicimə ciddi təsir göstərir. Bununla əlaqədar, mən Azərbaycan Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı sərt reaksiyasını anlayıram”.

 

Deputat qeyd edib ki, o, Rusiyada bəzi siyasətçilər Azərbaycanın real dostu olduqlarını sübut ediblər: “Əminəm  ki, belə siyasətçilərin sayı yaxın vaxtlarda daha da artacaq. Bizim ölkələrimizi sıx əlaqələr bağlayır və bu əlaqələr ildən-ilə möhkəmlənir”.

 

L. Slutski deyib ki, çoxları bugünkü Azərbaycanın dostlarını amputasiya etməkdə maraqlıdırlar: “Lakin Azərbaycanla mənim münasibətlərim hər bir zərbəyə dözümlüdür”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 257
avatar

Oxşar yazılar