Rusiyalı deputat: “Anti-Azərbaycan bəyanatı ilə çıxış etməmişəm"
30 mart 2015 18:47 (UTC +04:00)

Rusiyalı deputat: “Anti-Azərbaycan bəyanatı ilə çıxış etməmişəm"

 

“Mən Yerevanda heç bir anti-Azərbaycan bəyanatı ilə çıxış etməmişəm, belə bir çıxış olmayıb. Ümid edirəm ki, heç nə Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmayacaq və salmamalıdır da...”


 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutski Azərbaycan Xarici İşlər Nazirliyinin onunla bağlı yaydığı bəyanata münasibət bildirərkən deyib. 

 

L. Slutski erməni mənbələrinin yanlış  və dezinformasiya xarakterli məlumatlar verdiyini qeyd edib. O, Bakıda çıxışı zamanı Azərbaycan ərazilərinin işğalına son qoyulmalı olduğunu vurğuladığını da xatırladıb: “Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi ATƏT-in Minsk Qrupu formatında aparılır, həm Azərbaycan, həm də Ermənistanla tərəfdaşlıq münasibətləri olan Rusiya orada mühüm rola malikdir. Əgər mənim nitqimin orijinalına diqqət yetirilsə, orda Azərbaycanın əleyhinə heç bir ifadə yer almadığı görünər".

 

L. Slutski Azərbaycanın dostu olduğunu və bundan sonra da olacağını bəyan edib: “Rusiya və onun nümayəndələri hər zaman sülhməramlı tərəf kimi çıxış edilər”.

 

Qeyd edək ki,  erməni mediası Leonid Slutskinin Yerevanda keçirdiyi mətbuat konfransında Azərbaycan əleyhinə fikirlər səsləndirdiyini qeyd edib, onun "sitatlarını" təqdim edib.

 

Azərbaycan Xarici İşlər Nazirliyi isə bununla bağlı etiraz açıqlaması yayıb.

 

# 121
avatar

Oxşar yazılar

Tovuz atəşə tutuldu

Tovuz atəşə tutuldu

13 aprel 2024 , 09:10
Ermənilər Daşkəsəni atəşə tutdu

Ermənilər Daşkəsəni atəşə tutdu

12 aprel 2024 , 18:54
Ermənilər Qarabağda niyə qalmadı?  - Paşinyan AÇIQLADI

Ermənilər Qarabağda niyə qalmadı? - Paşinyan AÇIQLADI

10 aprel 2024 , 13:18
Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı

Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı

10 aprel 2024 , 08:09
İlham Əliyevdən Ramazan bayramı paylaşımı

İlham Əliyevdən Ramazan bayramı paylaşımı

9 aprel 2024 , 21:05
Ermənilər Naxçıvanı  atəşə tutdu

Ermənilər Naxçıvanı atəşə tutdu

9 aprel 2024 , 18:37
Erməni tərəf Kəlbəcəri atəşə tutub

Erməni tərəf Kəlbəcəri atəşə tutub

9 aprel 2024 , 13:50
Erməni silahlıları Laçındakı mövqelərimiz atəşə tutub

Erməni silahlıları Laçındakı mövqelərimiz atəşə tutub

9 aprel 2024 , 09:08