Rusiya XİN: Münaqişə inteqrasiyanın qarşısını alacaq faktor deyil
25 dekabr 2013 17:20 (UTC +04:00)

Rusiya XİN: Münaqişə inteqrasiyanın qarşısını alacaq faktor deyil

“Dağlıq Qarabağ münaqişəsi iqtisadi xarakterli Avrasiya inteqrasiyasının qarşısını alacaq faktor deyil”.


 

 APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya XİN-in MDB Ölkələri üzrə 1-ci Departamentinin direktor müavini Dmitri Polyanski “Avrasiya seçimi-Ermənistan-2013” mövzusunda keçirilən Moskva-İrəvan videokörpüsündə deyib. “Biz öz inteqrasiya səylərimizlə, münaqişənin həlli ilə məşğul olan beynəlxalq formatları qabaqlamaq məqsədi güdmürük. Bu işlə fəal şəkildə ATƏT-in Minsk Qrupu məşğul olur və bütün formatlar qüvvədədir”, deyə o, söyləyib.   

 

D. Polyanski bildirib ki, Qarabağ faktoru Ermənistanın Ümumdünya Ticarət Təşkilatına qoşulması prosesi və ya Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanması planlarında hər hansı rol oynamayıb.  

 

Xatırladaq ki, Avrasiya Ali İqtisadi Şurasının dekabrın 24-də keçirilən iclasında Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib ki, onun ölkəsi Ermənistanın Gömrük ittifaqına qoşulmasına dair “yol xəritəsi”ni xüsusi qeydlə imzalayacaq. O, Dağlıq Qarabağ problemi ilə əlaqədar Gömrük İttifaqının sərhədləri məsələsində izahat gözlədiklərini vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 664
avatar

Oxşar yazılar