Robert Sekuta: “Biz Minsk Qrupu formatına inanırıq”
10 mart 2015 17:43 (UTC +04:00)

Robert Sekuta: “Biz Minsk Qrupu formatına inanırıq”

“Amerika Birləşmiş ŞtatlarıATƏT-in Minsk Qrupu strukturuna inanır”. APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Minsk Qrupu formatına etimadsızlıqla bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

 

Səfir amerikalı həmsədrlə yaxın dost olduğunu söyləyib: “Ümumilikdə ATƏT-in Minsk Qrupu həmsədrləri səylə çalışırlar ki, münaqişə dinc yolla, sülh yolu ilə tənzimlənsin. Lakin qeyd etmək istəyirəm ki, həll yolunun tapılması məsuliyyəti tərəflərin üzərinə düşür. Biz də Minsk Qrupu, o cümlədən müvafiq həmsədr ölkə olaraq bu işdə öz səylərimizi davam etdiririk”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 211
avatar

Oxşar yazılar