Qətər dövlətinin əmiri Təmim bin Həməd Al Tani prezident İlham Əliyevə 28 May – Respublika günü münasibətilə təbrik məktubu göndərib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, təbrikdə belə deyilir:
Zati-aliləri,
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə və Sizin şəxsinizdə Azərbaycan xalqına Qətər dövlətinin xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam.
Bu xoş fürsətdən istifadə edərək Sizə ən səmimi salamlarımı çatdırır, Zati-alinizə möhkəm cansağlığı, qardaş Azərbaycan xalqına daha böyük uğurlar və tərəqqi, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da güclənməsini arzu edirəm.
Həmçinin Bruneyin Sultanı Hacı Həssənal Bolkiah, Moldovanın prezidenti Nikolaye Timofti, Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani, Maldiv Respublikasının prezidenti Abdulla Yamin Abdul Qəyyum, Efiopiya Federativ Demokratik Respublikasının prezidenti Mulatu Teşome, Bəhreynin Kralı Həməd bin İsa Al-Xəlifə, Çexiya Respublikasının prezidenti Miloş Zeman, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Rusiya Federal Məclisi Federasiya Şurasının sədr müavini İlyas Umaxanov, "Russneft" Neft Şirkəti Açıq Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədri Mixail Qutseriyev də prezident İlham Əliyevə təbrik məktubları göndəriblər.