“Əgər sizə 20 il ərzində öz evinizə qayıda bilmək, evinizi bircə dəfə olsa belə görə bilmək imkanı verməsələr, Əgər siz 20 il ərzində doğmalarınızın qəbirlərini ziyarət edə bilməsəniz hansı hissləri yaşayardınız?”. Lent.az-ın məlumatına görə, bu fikirləri millət vəkili Qənirə Paşayeva Hollandiyadakı “Dialoq evi”ndə keçirilən tədbirdə səsləndirib.
Hollandiyanın tədbirdə iştirak edən bəzi qurumlarının nümayəndələrinin də iştirak etdiyi tədbirdə millət vəkili vurğulayıb ki, bir milyon qaçqın 20 ildən artıqdır ki, mənəvi ağrılarla yaşayır: “Dinindən, millətindən asılı olmayaraq hər bir insan Ermənistanın törətdiyi bu insanlıq faciəsinə biganə qalmamalıdır.”
Qeyd edək ki, tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb, azərbaycanlıların ermənilər tərəfindən dəfələrlə soyqırımına məruz qaldığını əks etdirən sənədli film nümayiş etdirilib.