Qənirə Paşayeva Türkiyədən gələn nümayəndə heyəti ilə görüşüb
02 dekabr 2016 15:52 (UTC +04:00)

Qənirə Paşayeva Türkiyədən gələn nümayəndə heyəti ilə görüşüb

Azərbaycanda səfərdə olan Pamukkale Teknokent heyəti millət vəkili Qənirə Paşayeva ilə görüşüb. Lent.az-ın məlumatına görə, Q. Paşayeva  qonaqlara ölkəmizin tarixi, mədəniyyəti, Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı geniş məlumatlar verib, geniş müzakirələr olub.

 

“Azərbaycan torpaqlarının 20 faizi hələ də Ermənistanın işğalı altındadır və biz işğal altındakı o gözəl bölgələrimizə gedə bilmirik, qardaş Türkiyədə isə terrorla mübarizədə çoxlu sayda qardaş-bacılarımız həyatını itirib”, deyən millət vəkili Türkiyədə terrorla mübarizədə həyatını itirmiş insanlara Allahdan rəhmət diləyib.

 

Görüşün sonunda Q. Paşayeva qonaqlara Azərbaycan mədəniyyəti, Qarabağ həqiqətləri ilə bağlı materiallar təqdim edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 173
avatar

Oxşar yazılar