Qənirə Paşayeva Pakistan prezidenti ilə görüşüb
13 mart 2015 16:55 (UTC +04:00)

Qənirə Paşayeva Pakistan prezidenti ilə görüşüb

Azərbaycanda səfərdə olan Pakistan prezidenti Məmnun Hüseyn millət vəkili, Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayevanı qəbul edib. Lent.az-ın məlumatına görə, görüşdə Q. Paşayeva prezident İlham Əliyev ilə Pakistan prezidenti arasında müzakirələrin qardaş ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafına böyük təkan verəcəyinə inandığını deyib.

 

Millət vəkili "Uzaqdakı ən yaxın - Pakistan" adlı yeni çapdan çıxmış kitabının ilk nüsxəsini Pakistan prezidentinə bağışlayıb.

 

Pakistan prezidenti Məmnun Hüseyn kitabı çox bəyəndiyini deyərək millət vəkili Qənirə Paşayevanı təbrik edib və kitabın iki qardaş ölkə arasında münasibətlərin inkişafı üçün gözəl bir töhfə olduğunu deyib. Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşlərinə toxunan prezident Məmnun Hüseyn bu səfərdən sonra bütün istiqamətlərdə Azərbaycan-Pakistan münaisbətlərinin daha da inkişaf edəcəyini bildirib. Pakistan prezidenti Məmnun Hüseyn Qənirə Paşayevanı təkrar Pakistanda görməkdən böyük məmnuniyyət duyacağını deyərək, onu ölkəsinə dəvət edib. Dəvət üçün təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva "Pakistan mənim üçün çox doğma bir ölkədir və hər zaman ürəyimdədir. Bundan sonra da hər zaman fəaliyyətimdə qardaş Pakistanla  münasibətlər xüsusi yer tutacaq" deyib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 96
avatar

Oxşar yazılar