<span style="color:red;">Prezident:  <b>"Məqsədimiz İKT sektorunda regionda qabaqcıl yer tutmaqdır"</b> - <span style="color:red;">YENİLƏNİB
28 noyabr 2016 13:17 (UTC +04:00)

Prezident: "Məqsədimiz İKT sektorunda regionda qabaqcıl yer tutmaqdır" - YENİLƏNİB

 

Lent.az AzərTAc-a istinadən xəbər verir ki, CISCO şirkətinin prezidenti Con Çembers ilə Bakıda və Davosda keçirdiyi görüşləri məmnunluqla xatırlayan dövlət başçısı bu şirkətin ölkəmizdə fəal işləməsinin önəmini vurğulayıb və Azərbaycanda həyata keçirdikləri fəaliyyəti yüksək qiymətləndirib.

 

Prezident ölkəmizin inkişaf etdiyini, Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyini qeyd edərək, CISCO şirkəti ilə reallaşdırılan uzunmüddətli əməkdaşlığın davam etdirilməsinin zəruriliyini vurğulayıb. Prezident İlham Əliyev informasiya-kommunikasiya texnologiyaları sektorunun ölkə iqtisadiyyatının həmişə prioritet sahələrindən biri olduğunu diqqətə çatdıraraq, bu sahədə yaxşı nəticələr əldə edildiyini deyib və bildirib ki, məqsədimiz bu sektorda regionda qabaqcıl yer tutmaqdır.

 

CISCO şirkətinin baş vitse-prezidenti Maykl Qanser isə XXII Bakutel sərgisində iştirak etmək üçün ölkəmizə səfərə gəldiyini bildirərək, təmsil etdiyi şirkətin Azərbaycan nümayəndəliyinin fəaliyyət göstərdiyini məmnunluqla qeyd edib. M. Qanser tərəfdaşlıq əlaqələrinə verdiyi dəstəyə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, Bakıda keçirilmiş birinci Avropa Oyunları və “Formula-1” yarışları, eləcə də ölkəmizin müvafiq qurumları ilə bəzi nüfuzlu layihələrdə uğurla iştirak etdiklərini, o cümlədən Qafqaz regionunda ilk Tier-III səviyyəli data mərkəzin Azərbaycanda tikintisi ilə bağlı avadanlıq, proqram təminatı, texniki həll yolları məsələlərinin CISCO şirkətinə də həvalə olunmasını məmnunluqla qeyd edib.

 

CISCO şirkətinin baş vitse-prezidenti Maykl Qanser iqtisadiyyatların, sənaye sahələrinin rəqəmsal sistemə keçdiyini vurğulayaraq, bu baxımdan ölkəmizin həmin sahədə əldə etdiyi nəticələrin onda dərin təəssürat yaratdığını deyib. 

 

**

 

Azərbaycan Prezidenti İlham Əliyev CISCO şirkətinin baş vitse-prezidenti Maykl Qanserini qəbul edib.

 

Lent.az-ın məlumatına görə, bu barədə AzərTAc məlumat yayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 245
avatar

Oxşar yazılar