Prezident Yunanıstanın baş nazirini təbrik etdi
22 sentyabr 2015 17:50 (UTC +04:00)

Prezident Yunanıstanın baş nazirini təbrik etdi

0

Prezident İlham Əliyev Yunanıstanın baş naziri Aleksis Tsiprasa təbrik məktubu göndərib. Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, təbrik məktubunda deyilir:

 

“Hörmətli cənab Baş nazir,

 

Ölkənizdə keçirilmiş parlament seçkilərində başçılıq etdiyiniz partiyanın qələbəsi və Yunanıstan Respublikasının Baş naziri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

 

Ümidvaram ki, Azərbaycan-Yunanıstan münasibətlərinin inkişafı, ikitərəfli əlaqələrimizin, dostluq və əməkdaşlığımızın möhkəmlənməsi istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik.

 

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yunanıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 245

Oxşar yazılar