Prezident İlham Əliyevin və Vyetnam prezidenti Çıonq Tan Şanqın görüşü olub. Lent.az AzərTAc-a istinadən məlumat verir ki, mayın 14-də rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin və Vyetnam Sosialist Respublikasının prezidenti Çıonq Tan Şanqın məhdud tərkibdə görüşü olub.
Daha sonra prezident İlham Əliyevin və Vyetnam Sosialist Respublikasının prezidenti Çıonq Tan Şanqın geniş tərkibdə görüşü olub.
Dövlət başçıları görüşdə çıxış ediblər.