Prezident Vatikanın dövlət katibi ilə görüşüb
06 mart 2015 23:39 (UTC +04:00)

Prezident Vatikanın dövlət katibi ilə görüşüb

APA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə Vatikan arasında ikitərəfli əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. Azərbaycanda bütün dinlərə münasibətin yüksək səviyyədə olduğu, müxtəlif dini icmalar arasında qarşılıqlı anlaşma və etimad mühitinin hökm sürdüyü bildirilib. Azərbaycanda multikulturalizmin yaxşı ənənələrinin olduğu diqqətə çatdırılıb. Bu sahənin inkişafına xüsusi diqqətin göstərildiyi, ölkəmizdə sabitliyin və qarşılıqlı anlaşmanın yüksək səviyyədə olduğu vurğulanıb.

 

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

 

Bununla da prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca - Vatikana rəsmi səfəri başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 130
avatar

Oxşar yazılar