<b>Prezident TOTAL-ın baş icraçı direktoru ilə görüşdü</b> - YENİLƏNİB
21 noyabr 2016 17:25 (UTC +04:00)

Prezident TOTAL-ın baş icraçı direktoru ilə görüşdü - YENİLƏNİB

Prezident İlham Əliyev TOTAL şirkəti ilə əməkdaşlığın yaxşı tarixə malik olduğunu vurğulayıb.

 

“Abşeron” qaz yatağının işlənilməsi ilə bağlı layihənin yaxşı perspektivlərinin mövcudluğunu bildirən dövlət başçısı bu yatağın böyük potensiala malik olduğunu deyib və layihənin mərhələli şəkildə işlənilməsinin önəmini qeyd edib. TOTAL şirkətinin artıq 20 ildir ki, Azərbaycanda fəaliyyət göstərdiyini vurğulayan Patrik Puyanne bu dövrdə uğurlu əməkdaşlığın qurulduğunu bildirib. “Abşeron” yatağının Azərbaycanda qaza olan tələbatın ödənilməsi üçün mühüm əhəmiyyət daşıyacağını deyən P. Puyanne bu yatağın işlənilməsinə dair Dövlət Neft Şirkəti ilə qarşılıqlı səmərəli razılığa gəlindiyini qeyd edib. Bu gün SOCAR ilə TOTAL arasında “Abşeron” qaz yatağı üzrə memorandumun imzalanacağını bildirən şirkətin baş icraçı direktoru səfərin bu layihənin işlənilməsi ilə bağlı ətraflı müzakirələrin aparılması üçün yaxşı fürsət yaratdığını vurğulayıb.

 

Görüşdə Azərbaycan və TOTAL şirkəti ilə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

15:22

Prezidenti İlham Əliyev bu gün TOTAL şirkətinin baş icraçı direktoru ilə görüşüb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı Patrik Puyanneni qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 231
avatar

Oxşar yazılar