Prezident İlham Əliyev Sloveniya parlamenti Milli Şurasının sədri Mitya Bervarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Lent.az-ın məlumatına görə, Milli Şuranın sədri Sloveniya prezidenti Borut Pahorun salamlarını dövlət başçısına çatdırıb.
Görüşdə Azərbaycan ilə Sloveniya arasında ikitərəfli münasibətlərin səviyyəsinin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi sahədə razılıq doğurduğu bildirildi, əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub. Sloveniya parlamenti Milli Şurasının sədri Mitya Bervarın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub.
Dövlət başçısı İlham Əliyev həmkarı Borut Pahorun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Sloveniya dövlətinin başçısına çatdırmağı xahiş edib.