Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Taniyə Qətər Dövlətinin keçmiş Əmiri, şeyx Xəlifə bin Həməd Al Taninin vəfatı ilə bağlı başsağlığı verib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, başsağlığında belə deyilir:
“Əlahəzrət,
Qətər Dövlətinin keçmiş Əmiri, babanız şeyx Xəlifə bin Həməd Al Taninin vəfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin üzvlərinə, bütün Qətər xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!”