Prezident İlham Əliyev Polşa baş nazirinin müavini, iqtisadiyyat naziri, Azərbaycan-Polşa iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Polşa tərəfindən həmsədri Yanuş Pexoçinskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Lent.az-ın məlumatına görə, Azərbaycanla Polşa arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan prezident İlham Əliyev ölkələrimizin ticarət dövriyyəsinin artdığını da məmnunluqla qeyd edib. Dövlət başçısı ölkələrimizin iqtisadi, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlığının genişləndirilməsi üçün də böyük potensialın olduğunu deyib. Prezident İlham Əliyev ikitərəfli əlaqələrimizin inkişafının regional əməkdaşlıq baxımından önəmini qeyd edib.
Azərbaycanda gedən böyük inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını deyən Y. Pexoçinski əldə olunan uğurlar münasibətilə dövlət başçısını təbrik edib. O, Polşa prezidenti Bronislav Komorovskinin və Polşanın baş naziri xanım Eva Kopaçın salamlarını dövlət başçısına çatdırıb.