Prezident İlham Əliyev İran İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə anasının ölümü münasibətilə başsağlığı məktubu ünvanlayıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Ananız Səkinə Peyvəndinin vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!”